“Benfika” – “Qarabağ” oyununun hakimi məlumdur

19:40 14.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu Portuqaliyanın “Benfika”sına qarşı keçirəcək.

Hafta.az xəbər verir ki, bu görüşü belçikalı hakim Erik Lambrexts idarə edəcək.

Lambrextsə həmyerliləri - yan xətt hakimləri Yo de Veird və Kevin Monteni, həmçinin dördüncü hakim Natan Verboomen kömək edəcəklər.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da Lissabonda start götürəcək.